DÜNYA
Hakim “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili parlament seçkilərində iştirak edəcək
Tbilisi, 10 iyul, AZƏRTAC
Cari ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının sədri, sabiq Baş Nazir və milyarder Bidzina İvanişvili iştirak edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya məlumat verib.
Onun sözlərinə görə, partiyanın seçki siyahısında Bidzina İvanişvilinin da adı olacaq.
Baş Nazir deyib ki, B.İvanişvili partiyanın sədridir və o bu siyahıda olmalıdır.
Qeyd edək ki, 2016-cı ildə keçirilən parlament seçkilərində Bidzina İvanişvili iştirak etməmişdi və partiyanın siyahısına həmin dövrdə Baş Nazir olmuş Giorgi Kvirikaşvili rəhbərlik etmişdi.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda bu il parlament seçkiləri yeni sistem üzrə keçiriləcək.
Konstitusiyaya edilən dəyişikliklər parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsi ilə bağlıdır. Qanunverici orqana 120 deputat proporsional, 30 nəfər isə majoritar sistem üzrə seçiləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]