İQTİSADİYYAT
Hava şəraiti yaxşılaşdığı üçün AZAL-ın Bakı-Naxçıvan reysi üzrə təyyarəsi Lənkəran hava limanından Naxçıvan istiqamətində yola düşüb YENİLƏNİB
Bakı, 8 iyun, AZƏRTAC
Naxçıvanda hava şəraiti yaxşılaşdığı üçün AZAL-ın J2-253 Bakı (GYD)-Naxçıvan (NAJ) reysi üzrə təyyarəsi saat 17:00-da Lənkəran hava limanından Naxçıvan istiqamətində yola düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.
Qeyd edək ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar AZAL-ın J2-253 Bakı-Naxçıvan reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına enmək qərarına gəlmişdi. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]