SİYASƏT


Henri Qarti: Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Afrika ölkələrinə dəstəyini yüksək qiymətləndiririk

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Afrika ölkələrinə dəstəyini yüksək qiymətləndiririk.

Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Qana parlamentinin nümayəndəsi Henri Qarti AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

“Düşünürəm ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı ümumi işimizə öz töhfəsini verəcək və dünyada sülhün və dayanıqlı inkişafın təşviqində öz müsbət rolunu oynayacaq”, - deyə Qana parlamentinin nümayəndəsi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.