SİYASƏT


Hərbi İnstitutda qardaş Türkiyənin Zəfər Bayramı qeyd olunub VİDEO

Bakı, 30 avqust, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstitutda qardaş Türkiyə Respublikasının 30 avqust - Zəfər Bayramının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra Türkiyənin İstiqlal savaşından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, avqust ayının 30-nun Türkiyədə ən önəmli günlərindən biri olduğundan, ölkələrimizdə davamlı olaraq bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Ölkələrimiz arasında münasibətlərin bugünkü dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmasında dövlət başçılarının müstəsna rolunun olduğu xüsusi vurğulanıb.

Sonda vətənpərvərlik mövzusunda mahnılar ifa olunub və şeirlər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.