QAN YADDAŞI
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Bakı, 29 mart, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər və Cəmiyyətin icra orqanının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
MMC-dən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilərə ətraflı məlumat verən kompleksin direktoru Səidə Abasova işğalçı ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri 31 Mart soyqırımından danışıb. Sonra erməni vəhşiliklərini əyani sübut edən tarixi sənədlər və fotoşəkillərlə tanışlıq imkanı yaradılıb.
Cəmiyyət sədri Şahvələd Əliyev müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğularının aşılanması üçün belə maarifləndirici səfərlərin vacibliyini qeyd edib.