SİYASƏT


Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Martın 17-də Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin yüksəldilməsi məqsədilə hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, sualları cavablandırılıb.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin, eləcə də digər incəsənət kollektivlərinin, tanınmış müğənnilərin iştirakı ilə təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.