SİYASƏT


Hərbi hissələrdə bayram tədbirləri keçirilir FOTO

Bakı, 26 iyun, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə tədbirlər keçirilir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, əlamətdar yubileylə əlaqədar hərbi hissələrdə konsertlər təşkil olunub, hərbçilərin yürüşləri keçirilib, valideynlərin iştirakı ilə əsgər yeməkxanalarında bayram süfrələri açılıb. Milli Ordunun əsgərləri Heydər Əliyev mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş stendlərlə tanış olublar. Həmçinin “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirilib. Aksiyanın ikinci mərhələsində iştirakçılar hərbi hissədə əsgərlərlə görüşüblər.

Bayram tədbirlərindən çəkilmiş fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.