REGİONLAR


Hərbi qulluqçularımız “Qış təlimi-2021”də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar VİDEO

Naxçıvan, 15 fevral, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş “Qış təlimi-2021”də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fevralın 11-də “Qış təlimi-2021”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” və döyüş atışlı mərhələsi keçirilib. Təlimin döyüş atışlı mərhələsində hərbi daşıma və hücum vertolyotlarının dəstəyi ilə desant qrupları düşmən hədəflərinin olduğu nöqtəyə irəliləyiblər.

ATAK hücum helikopterləri xüsusi təyinatlıların təhlükəsizliyini təmin edib. PUA-ların dəstəklədiyi artilleriyaçılar təyin olunan düşmən mövqelərini məhv ediblər. Zirehli texnikaların ekipajları tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçiriblər. Aviazərbələrlə düşmən tanklarını imitasiya edən hədəflər məhv edilib. Keçidaçma sistemi vasitəsilə minalardan təmizlənən sahədə irəliləyən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin olunub. Snayper cütlüklərinin hədəfləri tam dəqiqliyi ilə məhv etdiyi təlimdə helikopterlər topları təlim sahəsinə gətiriblər. Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlim başa çatıb.

“Qış təlimi-2021”ə hər iki qardaş ölkənin mətbuatı ilə yanaşı, xarici kütləvi informasiya vasitələri də böyük maraq göstərib. Türkiyə televiziyalarının hazırladığı reportajlarda Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığından danışılıb, təlim iştirakçılarından müsahibələr alınıb.

Qış təlimində iştirak etmiş hərbi qulluqçularımız fevralın 12-də xidmət yerlərinə qayıdıblar. Türkiyə Respublikasından qayıdan şəxsi heyət hərbi hissələrdə təntənəli mərasimlə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.