İQTİSADİYYAT


Hesablama Palatasında nəzarət tədbirləri üzrə analitik arayış və auditor hesabatları müzakirə olunub

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə keçirilən ilk kollegiya iclasında bir sıra həyata keçirilmiş nəzarət tədbirləri üzrə analitik arayış və auditor hesabatları müzakirə olunub. Arayış və auditor hesabatları arasında "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna daxilolmaların hesablanılması, ödənilməsi və xərclərdən istifadə" mövzusunda təhlilə dair; dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasının auditinə dair; dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair hesabatlar yer alıb.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.