MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında İqor Ponomarenkonun orkestrinin konserti olub
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Heydər Əliyev Sarayının səhnəsində dirijor İqor Ponomarenkonun idarə etdiyi “IP ORCHESTRA” simfonik orkestrinin konserti olub.
AZƏRTAC xəbər verir ki, orkestrin ifasında “Highway to Hell” (AC\DC qrupu), “Smoke On The Water” (Deep Purple), “Yesterday” (The Beatles) kimi rok-musiqi hitləri səsləndirilib. Musiqiçilərin çıxışı bakılı tamaşaçıların sevincinə səbəb olub.
Qeyd edək ki, bir sıra əsərlər, xüsusilə məşhur “Xanım və kəndli qadın” və “Kaştanka ehtirasları“ müziklləri tanınmış bəstəkar və dirijor İqor Ponomarenkoya şöhrət gətirib. O, həmçinin “Ma.Qr.İq.Al” və “Terem-kvartet” musiqi kollektivlərinin yaradıcısıdır. İqor Ponomarenko Rusiyada və bütün dünyada böyük populyarlıq qazanmış Sankt-Peterburq “IP ORCHESTRA” simfonik orkestrinin əsasını qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]