ELM VƏ TƏHSİL


“Heydər Əliyevin aqrar elmin inkişafında rolu” - konfrans

Bakı, 22 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən LDU-nun rektoru professor Natiq İbrahimov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrdə olduğu kimi, aqrar sahənin inkişafındakı böyük rolundan bəhs edib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev “Azərbaycanda iqlim dəyişməsi və su problemlərinin yaranması” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında müasir dünyada şirin su mənbələrinin azalması, ətraf mühitin çirkləndirilməsi və sudan səmərəsiz istifadə nəticəsində mövcud su ehtiyatlarının sürətlə tükənməsi, həmçinin zəngin şirin su ehtiyatlarına malik kəhrizlər haqqında ətraflı məlumat verib.

Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, professor Amin İsmayılov “Azərbaycanda rəqəmsal torpaq xəritəçiliyinin əsas xüsusiyyətləri”, LDU-nun dosentləri Balayar Şahbazov “Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır”, Məlahət Ağayeva “Heydər Əliyev və Azərbaycanda çayçılığın inkişafı” mövzusunda çıxış ediblər.

Plenar iclasdan sonra konfrans işini “Torpaqların genezisi, təsnifatı, təkamülü və geoinformasiya sistemləri”, “Torpaq, su ehtiyatları və onlardan səmərəli istifadə”, “Torpaq biomüxtəlifliyinin qorunması”, “Davamlı kənd təsərrüfatının inkişaf perspektivləri”, “Azərbaycanda çayçılığın inkişafı” bölmələrində davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.