DÜNYA
Heyvanların müdafiəçiləri Barselonada qeyri-adi aksiya keçiriblər
Madrid, 19 dekabr, AZƏRTAC
Kataloniyanın paytaxtında qeyri-adi etiraz aksiyası keçirilib: heyvanları müdafiə edənlər paltarlarını soyunub, sonra öz üstlərinə qan rəmzi olan boya çəkərək bu vəziyyətdə yerə uzanıblar.
AZƏRTAC xəbər verir ki, bu insanlar heyvanların öldürülməsinə, onların xəzindən və dərisindən paltar hazırlanması üçün istifadə edilməsinə qarşı etirazlarını bu şəkildə ifadə ediblər.
Aksiyada 30 nəfər iştirak edib. Heyvanların hüquqlarını müdafiə edən qadınlardan birinin əlində tutduğu plakatda belə bir sual yazılmışdı: Bir palto xatirinə neçə həyat lazımdır?
Tədbir “AnimalNaturalis” təşkilatı tərəfindən keçirilib. Həmin təşkilatın üzvlərinin fikrincə, bu cür tədbirlər ictimaiyyətin diqqətini xəz sənayesinin arxasında dayanan qəddarlığa cəlb etməyə imkan verəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]