CƏMİYYƏT


Hikmət Əlizadə: Son dörd ildə qanunsuz meşəqırma halları 5,5 dəfə azalıb

Bakı, 16 fevral, AZƏRTAC

Ölkəmizdə meşələrin qorunub saxlanılması və onlara nəzarət işinin təşkilində müsbət dinamika müşahidə olunur. Belə ki, 2017-ci ildə Azərbaycanda 55 min kubmetr həcmində qanunsuz meşə qırılması baş verib. 2018-ci ildə bu rəqəm 28 min, 2019-cu ildə 18 min kubmetrə enib. Ötən il isə həmin göstərici 10 min kubmetrə yaxın olub.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, son dörd ildə ümumilikdə, meşəqırmalarının həcmi 5,5 dəfə və ya 45 min kubmetr azalıb. Bu, ölkəmiz üçün çox böyük bir göstəricidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.