CƏMİYYƏT
Hikmət Hacıyev: Sertifikatlaşdırılmış peyvəndlərin ölkəyə gətirilməsi diqqət mərkəzində saxlanılır
Bakı, 29 avqust, AZƏRTAC
Payız mövsümündə qrip kimi virusların aktivləşməsi də diqqətdə saxlanılır. Bu barədə digər ölkələrlə və Ümumdünya Səhiyyə Təşkilatı ilə məsləhətləşmələr davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.
Peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlandığını qeyd edən Prezidentin köməkçisi deyib: “Dünya səviyyəsində qəbul olunmuş və sertifikatlaşdırılmış vaksinlərin ölkəyə gətirilməsi və tətbiq edilməsi istiqamətində məsələlər diqqət mərkəzində saxlanılır. Burada dərin araşdırma aparmağa ehtiyac var və yan təsirləri olmayan vaksinlər vacib şərtdir”.