DÜNYA


Hindistanda beynəlxalq uçuşlara qoyulan qadağa ilin sonunadək uzadılıb

Pekin, 26 noyabr, AZƏRTAC

Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara qoyulan qadağa ilin sonunadək uzadılıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyi açıqlama yayıb. Nazirlik dünyanın bir çox ölkəsində, eləcə də Hindistanın özündə virusa gündəlik yoluxma hallarının çoxalması səbəbindən beynəlxalq uçuşların bərpa olunmasını məqsədəuyğun hesab etməyib. Qadağa beynəlxalq karqo uçuşlarına və xüsusi reyslərə aid deyil.

Qeyd edək ki, Hindistan COVID-19 infeksiyasına ümumi yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Ötən sutka qeydə alınan 44 min 489 yoluxma ilə ümumi yoluxanların sayı 9 milyon 266 mini ötüb. İndiyədək bu ölkədə 135 min 223 nəfər pandemiyanın qurbanı olub.

Hindistanda pandemiya səbəbindən mart ayından beynəlxalq müntəzəm uçuşlara qadağa qoyulub. O vaxtdan bəri yalnız çarter və xüsusi reyslər həyata keçirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.