DÜNYA
Hindistanda son 24 saatda koronavirusa 13,5 min yoluxma halı qeydə alınıb
Bakı, 23 iyun, AZƏRTAC
Hindistanda son sutka ərzində koronavirusa 13 min 540 yoluxma və 312 ölüm faktı qeydə alınıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, indiyə qədər Hindistanda 440 min 685 nəfər COVID-19 infeksiyasına yoluxub. Hazırda koronavirusa yoluxanlardan 248 min 190 nəfər sağalıb, aktiv COVID-19 xəstələrinin sayı isə 178 min 480 nəfərdir. Onlardan 8 min 944-nün vəziyyəti ağırdır.
Hindistan COVID-19 xəstələrinin sayına görə dünyada dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 11:20-yə olan məlumatına əsasən, dünyada 9 milyon 194 mindən çox yoluxma və 474 min 502 ölüm faktı qeydə alınıb, 4 milyon 941 min 627 koronavirus xəstəsi sağalıb. Müalicəsi davam edən 3 milyon 778 min 316 nəfərdən 57 min 913-nün vəziyyəti ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]