İDMAN


Hokkenhaymda Niderland Qran-Prisi tərəfindən rəqabətə görə narahat deyillər

Bakı, 29 noyabr, AZƏRTAC 

Hollandiyanın Zandvort şəhərinin rəhbərliyi ilə Formula 1 sahibləri olan “Liberty Media” arasında danışıqlarda irəliləyiş var. İndi onlar Kral yürüşlərinin mərhələsini 2020-ci ildə Niderlandda keçirmək niyyətindədirlər.

AZƏRTAC “De Telegraaf” qəzetinə istinadla xəbər verir ki, Almaniyada Formula 1 mərhələsinin keçirildiyi Hokkenhaym trasının başçısı Yorn Teske daha bir Avropa Qran-Prisi tərəfindən rəqabətə görə narahat deyil.

“Hokkenhaymrinq özəl trasdır və mənim fikrimcə, hollandiyalıların bir çoxu hər iki yürüşü izləməyə gələcəklər. Bir çox insanlar əvvəlcə gedirlər, çünki yeni mərhələlərdə xüsusi bir şey olduğunu düşünürlər, amma illər sonra həmin yürüşə qayıdırlar. Bu effekt uzunmüddətli perspektivdə yoxa çıxır. Vaxt ötdükcə uğuru azalan Avstriyaya nəzər salın”, - deyə Teske bildirib.

Yorn hollandiyalı məmurları “Red Bull”un niderlandlı yürüşçüsü Maks Ferstappen amilinə” həddindən çox ümid bağlamamaqları barədə xəbərdar edib.

“Hadisələrin uğuru bir pilotdan asılı olduqda, bu, çox təhlükəlidir”, - deyə “Sports Mole” Teskedən sitat gətirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.