DÜNYA


“Huawei” Yaxın Şərqdə ən böyük mağazasını Ər-Riyadda açıb

Pekin, 6 yanvar, AZƏRTAC

Çinin nəhəng texnologiya şirkəti “Huawei” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ilk mağazasını açıb.

AZƏRTAC xəbər verir ki, bu, şirkətin Yaxın Şərqdə və Afrikada ən böyük satış mərkəzidir.

Şirkətin rəsmisi Bill Yu deyib ki, mağazanın açılması “Huawei”in Səudiyyə Ərəbistanı bazarına artan marağının göstəricisidir. “Huawei” bununla yerli alıcılara daha yüksək səviyyəli xidmət, o cümlədən “online” satış, ünvana çatdırılma və s. xidmətlər təklif edəcək.

“Huawei” bundan başqa, Səudiyyə Ərəbistanında gənc istedadların təlimlərə cəlb olunmasında yaxından iştirak edəcək. Şirkətin təlimlərinə 2020-ci ildək 10 min səudiyyəli qoşulacaq.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.