DÜNYA
“Huawei” yanvar-mart aylarında 59 milyon smartfon satıb
Pekin, 22 aprel, AZƏRTAC
Çinin iri telekommunikasiya avadanlığı şirkəti olan “Huawei”in cari ilin birinci rübündə dövriyyəsi 39 faiz çoxalaraq 26,82 milyard dollara çatıb.
AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, bu dövrdə “Huawei”in xalis gəliri ötən ilin eyni dövrünə nisbətən bir qədər çox - 8 faiz təşkil edib. Şirkətin dövriyyəsində əsas hissəni təşkil edən smartfon satışları da daxil olmaqla, istehlak biznesində inkişaf davam edib. Hesabat dövründə “Huawei” 59 milyon smartfon satıb. Bildirilir ki, “Huawei” yanvar-mart aylarında dünyanın müxtəlif şirkətləri ilə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə 40 müqavilə imzalayıb. Bundan başqa, dünya üzrə 70 mindən çox 5G baza stansiyası satılıb.
Qeyd edək ki, 1987-ci ildə yaradılan “Huawei” informasiya-kommunikasiya texnologiyaları və mobil cihazlar üzrə ixtisaslaşıb. Şirkətin fəaliyyəti 170-dən çox ölkə və regionu əhatə edir. Əməkdaşlarının ümumi sayı 180 mini ötüb. Ötən il şirkətin qlobal satış dövriyyəsi 107,5 milyard dollar, xalis gəliri isə 8,82 milyard dollar olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]