DÜNYA


İƏT və BMT-nin birgə virtual konfransında qlobal həmrəylik məsələləri müzakirə edilib

Qahirə, 2 iyun, AZƏRTAC

BMT-nin baş katibi Antoniu Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin BMT-də daimi nümayəndəsi Lana Nüsseybehin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin nümayəndələrinin videokonfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bəşəriyyətin üzləşdiyi fəlakət dövründə qlobal həmrəylik, dinc-yanaşı yaşamaq və humanitar böhranlara qarşı birgə mübarizə məsələləri müzakirə edilib. BMT-nin baş katibi bəşəriyyətin kollektiv dayanışma nümayiş etdirməsinin COVID-19 pandemiyası dövründə əhəmiyyətini vurğulayaraq deyib: “Bu cür ağır şəraitdə etnik millətçiliyə, irqçiliyə və ayrı-seçkiliyə qarşı daha fəal mübarizə aparmalıyıq. Müsəlmanlara qarşı kin və nifrətin bütün təzahürlərinin qarşısı qətiyyətlə alınmalıdır”. A.Quterreş əlavə edib ki, Roma Papası Fransisk və Əl-Əzhər baş imamı Şeyx Əhməd Əl-Tayebin təşəbbüsü ilə mayın 14-də bütün dinlərə mənsub olan insanların pandemiyaya qarşı birgə dua gününün keçirilməsi bu həmrəyliyin parlaq nümunəsi olub.

İƏT-in nümayəndələri BMT baş katibinin pandemiya dövründə silahlı münaqişə zonalarında atəşkəs elan etmək barədə təşəbbüsünü yüksək qiymətləndiriblər. Onlar vurğulayıblar ki, indiki şəraitdə bütün dinlər nifaq və qarşıdurma deyil, həmrəylik və qarşılıqlı yardıma xidmət etməlidir.

BMT Baş Assambleyası 74-cü sessiyasının sədri Ticcani Məhəmməd-Bande konfransdakı çıxışında vurğulayıb: “Həmrəylik bizim üçün fəlakətlərdən qorunmanın əsas vasitəsidir. Mən İƏT-ə üzv ölkələri BMT-nin Nizamnaməsindəki prinsiplərə əməl etməyə çağırıram. İnanıram ki, bu təşkilat beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin, möhkəmlənməsinə, davamlı inkişafa töhfə verməkdə davam edəcək”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.