İQTİSADİYYAT


“İKT-də qızlar” mövzusunda konfrans təşkil ediləcək

“İKT-də qızlar” mövzusunda konfrans təşkil ediləcək

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 22-də “Texnologiyalarda Azərbaycan Qadınları Assosiasiyası – “Femmes Digitales” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “B.EST Solutions” və BLOOM GROUP ilə birgə “İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyinə həsr olunan onlayn konfrans təşkil edəcək.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, konfrans 2011-ci aprelin 8-də Beynəlxalq Elektroəlaqələr İttifaqı (ITU) tərəfindən əsası qoyulan və hər il aprel ayının sonuncu həftəsinin dördüncü günündə keçirilən “İKT-də Qızlar” Beynəlxalq Günü çərçivəsində baş tutacaq. Konfransın əsas məqsədi qızlar və qadınları IT sahəsilə bağlı təhsil, iş və peşə seçməyə, eləcə də IT sahəsində karyeralarını inkişaf etdirməyə ilhamlandırmaqdan ibarətdir.

2011-ci ildən etibarən 171 ölkədən 377 min qız və gənc qadın 11 min 400-dən çox “İKT-də Qızlar” Beynəlxalq Günündə iştirak edib. Azərbaycan, Estoniya və İngiltərədən olan və IT ilə bağlı müxtəlif sahələrdə uğur qazanmış 8 peşəkar xanım bu sahədəki müvəffəqiyyətləri ilə bölüşəcəklər. Konfransda açılış nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edəcək. Bundan əlavə əsas məruzəçilər kimi “Testlio” startapının qurucusu, Estoniyanın ən gənc qadın milyoneri, “İlin qadını” və “İlin gənc sahibkarı” mükafatları laureatı Kristel Kruustük, London Kollec Universitetində Nanotəbabət sahəsində tədqiqatçı doktorant, eləcə də İngiltərədə Azərbaycan Elmləri Assosiasiyasının (ASA) həmtəsisçisi Mədinə Quliyeva da nitq söyləyəcək.

Tədbirin keçirilməsində əsas məqsəd çoxlu sayda qız və qadının Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat (STEAM) sahəsində məlumatlılığının artırılması, təcrübə mübadiləsi, onların aktiv karyera axtarışının genişləndirilməsi, həmçinin IT sahəsində mövcud olan gender bərabərsizliyini aradan qaldıraraq Azərbaycan cəmiyyətinin əməkdaşlıq yolu ilə partnyorluğa cəlb olunmasından ibarətdir.

Qeydiyyat üçün link: https://bit.ly/32rPvMC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.