İQTİSADİYYAT


İLİN SONUNADƏK ÜDM-İN HƏCMİNİN 40,3 TRİLYON MANATA ÇATACAĞI GÖZLƏNİLİR

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2004-cü ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun həcmi 29 trilyon 689,1 milyard manat təşkil etmişdir ki, bu da 2003-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çoxdur. ÜDM-in strukturundakı artımın 38,3 faizi sənaye məhsulları istehsalının, 9,9 faizi kənd təsərrüfatının, 13,2 faizi tikintinin, 6,7 faizi nəqliyyatın, 13,4 faizi sosial xidmətlərin, qalanı isə digər sahələrin payına düşmüşdür.

ÜDM-in adambaşına düşən məbləği 3 milyon 633,1 min manat və yaxud da 738,9 ABŞ dolları olmuşdur. Bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.

Hökumətin proqnozlarına görə, 2004-cü ilin sonunadək ümumi daxili məhsulun həcminin 40,3 trilyon manata çatacağı gözlənilir. Beləliklə ÜDM-in adambaşına düşən həcmi ilk dəfə olaraq 1000 ABŞ dollarından artıq olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.