İRAN LƏDAN VƏ LALEHİ HÜZNLƏ ANIR
AzerTAg.az
AZƏRTAC-ın İran mətbuatının məlumatına istinadla yaydığı xəbərdə deyilir ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Həmid Rza Asəfi Sinqapurun klinikalarından birində başlarının ayrılması üzrə cərrahiyyə əməliyyatı zamanı vəfat etmiş Siam əkizləri- Lədan və Laleh Bicani bacılarının ailəsinə başsağlığı vermişdir. Onun sözlərinə görə, bu ölüm dərin kədər və təəssüf hissi doğurmuşdur, çünki bütün millət və habelə bütün dünya bu nadir əməliyyatın uğurla nəticələnəcəyinə ümid edirdi. İran XİN-in rəsmi nümayəndəsi 29 yaşlı Siam əkizlərinin sağ qalması üçün əlindən gələni əsirgəməyən həkimlər qrupunun işinə yüksək qiymət vermiş, mənəvi dəstəyə görə dünya ictimaiyyətinə minnətdarlığını bildirmişdir. Lədanın və Lalehin cənazələri İrana gətiriləcək və Tehranda torpağa tapşırılacaqdır. Siam əkizlərinin ölüm xəbəri İranda böyük kədərə səbəb olmuşdur. İyulun 8-də axşam İran televiziyasının bütün kanalları öz verilişlərini 29 yaşlı bacıların həyatına həsr etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var