İŞÇİ QRUPU DÜNYA İCTİMAİYYƏTİNƏ MÜRACİƏT ÜNVANLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun işğal olunmuş Azərbaycan ərazilərinin ekoloji monitorinqi üzrə işçi qrupu ekologiya və insan hüquqlarının qorunmasına dair beynəlxalq pirinsipləri pozan Ermənistan barədə dünya ictimaiyyətinə müraciət ünvanlamışdır.
Müraciətdə Ermənistan AES-in nüvə tullantılarının işğal olunmuş Azərbaycan ərazilərində basdırılması və regionun radioaktiv şüalanmaya məruz qalması, işğal altında olan ərazilərimizdəki iki qoruq və dörd yasaqlığın ekosisteminin və təbiət abidələrinin məhv edilməsi, Kür və Araz çaylarının sənaye tullantıları ilə çirkləndirilməsi nəticəsində respublika əhalisinin sağlamlığı, ətraf mühit və Xəzərin ekologiyası üçün yaranmış təhlükə və digər məsələlər diqqətə çatdırılır.