REGİONLAR
İSRAİL MÜTƏXƏSSİSLƏRİ GƏNCƏDƏ OLMUŞLAR
İsrailin Azərbaycandakı səfirliyinin ikinci katibi Yakov Fin Kelştein və həmin ölkənin Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq üzrə mütəxəssisi Meori Rosen iki gün Gəncədə olmuşlar.
Qonaqlar respublikamızın şimal və cənub bölgələrindən sonra qərb zonasına səfərlərinin Azərbaycanda kənd təsərrüfatı sahələrinin inkişafı üçün imkanlarını öyrənmək məqsədi daşıdığını bildirmişlər. Onlar diqqətə çatdırmışlar ki, heyvandarlığın inkişafı üçün Azərbaycanda hər cür münbit şərait vardır və bu şəraitdən istifadə edilməlidir.
Sonra qonaqlar respublikamızın qərb bölgəsindəki fermer təsərrüfatlarının rəhbərləri ilə dəyirmi masa arxasında işgüzar görüş keçirmiş, kənd təsərrüfatında sahibkarlığın inkişafına təkan vermək məsqədilə yaradılan Gəncə biznes qrupunun, ət və ət məhsulları istehsal edən “Elba” məhdud məsuliyyətli müəssisənin iş prosesi ilə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]