İQTİSADİYYAT
“ITU Telecom World” sərgi-konfransında Azərbaycanın milli pavilyonu fəaliyyət göstərəcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Koreya Respublikasının Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik “ITU Telecom World” sərgi-konfransı keçiriləcək.
AZƏRTAC BTİ-nin internet səhifəsinə istinadla xəbər verir ki, sentyabrın 25-dən 28-dək davam edəcək tədbirə üzv ölkələrin müvafiq nazirliklərinin rəhbər şəxsləri, informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin təmsilçiləri, elm adamları, QHT nümayəndələri qatılacaq. Qlobal İKT sənayesinin əsas sərgi və forumu olan “ITU Telecom World” sahə üzrə ən yeni texnologiya və xidmətlərin, innovativ həllərin, startap layihələrinin təqdimatı və müzakirəsi baxımından əhəmiyyətli tədbir hesab olunur.
Sərgidə 53 ölkənin, o cümlədən Azərbaycanın milli pavilyonu, habelə tematik guşələr fəaliyyət göstərəcək.