MƏDƏNİYYƏT
IV Beynəlxalq Mahmud Kaşğari hekayə müsabiqəsinin qalibləri məlum olub
Bakı, 4 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Avrasiya Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Mahmud Kaşğari hekayə müsabiqəsinin qalibləri məlum olub.
AYB-dən AZƏRTAC-a bildirilib ki, bu ilin iyununda başlanan müsabiqəyə 34 müəllif 44 hekayə təqdim edib. Təqdim olunan əsərləri 6 ekspert 10 ballıq sistem üzrə qiymətləndirib.
Nəticələrə əsasən, Təranə Vahidin “Mən toz dənəsiyəm” hekayəsi birinci, Cavid Zeynallının “Düşərgəyə adam gəlib” hekayəsi ikinci, Rəşid Bərgüşadlının “Qara buludlar” hekayəsi üçüncü yeri qazanıb.
Mükafatların təqdimat mərasimi noyabrda Bakıda keçiriləcək. Birinci mükafata layiq görülən hekayə növbəti mərhələdə iştirak üçün Türkiyəyə göndəriləcək.
Həmin mərhələnin mükafatlandırma mərasimi isə bu ilin dekabrında Almatıda olacaq.