SİYASƏT


IX Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir VİDEO

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan paytaxtında “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Forumun birinci panel iclası “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma” mövzusuna həsr olunub.

Panel iclasında “hansı yanaşma ilə bombaları susdurub sülh üçün yol açmaq olar”, “postmüharibə dövründə gələcək Ukraynanın yenidən qurulması necə təmin ediləcək”, “müharibəni sülh sazişi ilə başa çatdırarkən necə əmin olmaq olar ki, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək”, “kiberhücumlar daxil olmaqla, hibrid müharibənin yeni yollarını necə müəyyənləşdirmək mümkündür”, “iqtisadi sanksiyaların cəbhə xəttində daha yaxşı təşkilinə ehtiyac varmı” kimi suallara cavablar axtarılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.