MƏDƏNİYYƏT
I RESPUBLİKA UŞAQ RƏSM MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Tofiq İsmayılov adına “Uşaq dünyası” rəsm qalereyasında Novruz bayramına həsr olunmuş, “Azərbaycan dörd həyat təzahüründə-torpaq, od, hava, su” devizi ilə keçirilən I Respublika uşaq rəsm müsabiqəsinə yekun vurulmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı İncəsənət Mərkəzinin NİKOYL İnvestisiya Kommersiya Bankı ilə birgə keçirdiyi müsabiqədə Bakı, Gəncə, Lənkəran, Şəki şəhərlərində fəaliyyət göstərən uşaq yaradıcılıq qrupları iştirak etmişlər.
15 yaşadək uşaq və gənclərin akvarel, sulu boya və rəngli karandaşla çəkdikləri rəsmlərin daxil edildiyi yekun müsabiqəsində münsiflər heyətinin layiq bildikləri qaliblərin adları elan olunmuş, onlara diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir. İştirakçılardan 30 nəfərinə həvəsləndirici mükafat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]