Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İcbari Sığorta Bürosu icbari sığortası olmayan avtomobillərlə sağlamlığına zərər vurulmuş vətəndaşlara kompensasiya verir

İcbari Sığorta Bürosu icbari sığortası olmayan avtomobillərlə sağlamlığına zərər vurulmuş vətəndaşlara kompensasiya verir

Bakı, 1 iyun, AZƏRTAC

İcbari Sığorta Bürosu naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitələri ilə sağlamlığına zərər vurulmuş vətəndaşları kompensasiya ödənişi ilə təmin edir.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, hazırda ölkənin avtomobil parkının əhəmiyyətli hissəsi icbari sığortaya cəlb olunub və icbari qaydada sığortalanmış avtonəqliyyat vasitələrinin törətdiyi yol-nəqliyyat hadisələri nəticəsində zərərçəkən üçüncü şəxslərin sığorta təminatı sığorta şirkətləri tərəfindən qarşılanır. Bununla yanaşı, icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitələrinin səbəb olduğu yol qəzalarında da hər il müəyyən sayda vətəndaşlar bu və ya digər dərəcədə bədən xəsarəti alır, hətta həyatını itirir. Azərbaycan Respublikasının ərazisində naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində sağlamlığına zərər dəymiş və ya həyatını itirmiş vətəndaşlar üçün kompensasiya ödənişlərinin verilməsi mexanizmi nəzərdə tutulub. Bu mexanizmin icrası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İcbari Siğorta Bürosu tərəfindən təmin edilir.

Sağlamlığa dəyən zərər, bu cür zərər üzrə sığorta məbləği və büro tərəfindən ödənilən kompensasiya ödənişinin sığorta məbləğinə nisbəti sözügedən Qanunda (14 və 56-cı maddələr) müəyyən edilib.

Kompensasiya ödənişi kimlərə və hansı hallarda verilir? Qanuna əsasən, naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş üçüncü şəxslər İcbari Sığorta Bürosundan kompensasiya ödənişini tələb etmək və almaq hüququna malik olan şəxslər hesab olunur. Hadisə nəticəsində şəxsin ölməsi halında bu hüquq onun ailə üzvlərinə keçir. Qanuna əsasən ailə üzvləri dedikdə şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.

Kompensasiya ödənişi almaq üçün İcbari Sığorta Bürosuna müraciət etməyin başlıca şərti həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının olmasıdır. Digər mühüm şərt isə ondan ibarətdir ki, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam və ya qismən ödənilməmiş olsun.

Kompensasiya ödənişi almaq üçün nadürüst “vasitəçilərlə” əməkdaşlıq etməyin: münasibətlərinizi etibarnamə üzrə deyil, notarial qaydada təsdiqlənmiş müqavilə ilə rəsmiləşdirin.

Büroya kompensasiya ödənişi ilə bağlı müraciət etmək və ödəniş düşdüyü halda onu almaq mürəkkəb proses deyil Bunun üçün qanunvericiliklə siyahısı müəyyən edilmiş sənədlərin toplanması və büroya təqdim edilməsi yetərlidir. Bunu zərərçəkmişin özü (ailə üzvləri), yaxud da onun adından qanuni əsaslarla çıxış edən nümayəndəsi edə bilər. İcbari Sığorta Bürosu tövsiyə edir ki, bu və ya digər səbəblərdən vətəndaşlar büroya şəxsən müraciət etmədiyi hallarda bu işi peşəkar hüquq xidmətləri göstərən vasitəçilərə həvalə etsinlər və tərəflər arasında yaranan mülki münasibətlər göstəriləcək xidmətlərə görə bütün şərtlərin, eləcə də ağlabatan məbləğdə müəyyən edilmiş xidmət haqqının aydın əks olunduğu və notarial qaydada təsdiqlənmiş müqavilə ilə rəsmiləşdirilsin. Əfsuslar olsun ki, bəzi hallarda zərərçəkənlərin düşdüyü durumun həssaslığından, eləcə də onların məlumatlı olmamasından sui-istifadə edən, son məqsədi zərərçəkənə düşə biləcək kompensasiya ödənişinin bir hissəsini (hətta yarısını və ya daha çox qismini) qanunsuz yolla mənimsəmək olan dələduz “vasitəçilər” peyda olur və vətəndaşları aldatmaq yolu ilə guya bürodan kompensasiyanın alınması prosesinin mürəkkəbliyini, hətta mümkünsüzlüyünü iddia edərək vətəndaşları onların adından vasitəçi kimi çıxış etməyə razı salırlar. Adətən bu cür “vasitəçilər” vətəndaşın verdiyi etibarnamə əsasında hərəkət edirlər və tərəflər arasında münasibətləri tənzimləyən hər hansı hüquqi razılaşma və ya müqavilə mövcud olmur. Burada digər acınacaqlı məqam isə ondan ibarətdir ki, vasitəçiyə etibarnamə verərkən vətəndaşlar əksər hallarda etibarnamənin əhatə etdiyi hüquqların dairəsinə diqqət etməyərək tələb olunandan daha geniş səlahiyyətlər verən etibarnamə təqdim edirlər, bununla da vasitəçiyə təmsilçilik hüququ ilə yanaşı, özlərinin adından maliyyə əməliyyatları aparmaq hüququnu da ötürmüş olurlar.

İcbari Sığorta Bürosu heç bir halda kompensasiya ödənişlərini vasitəçilərə ödəmir. Bütün ödənişlər yalnız zərərçəkənlərin (və ya onların müraciət etmiş ailə üzvlərinin) adına (poçt vasitəsilə) və ya bank hesabına (olduqda) edilir. Lakin vətəndaşlar bilməlidirlər ki, müqavilə ilə bərkidilməyən münasibətlər nadürüst vasitəçinin vətəndaşı ona çatmalı olan kompensasiya ödənişinin müəyyən hissəsindən qanunsuz olaraq məhrum etməsi ilə nəticələnə bilər. Belə ki, əgər zərərçəkənin adından çıxış edən vasitəçi müqavilə ilə deyil, etibarnamə üzrə hərəkət edirsə və etibarnamənin əhatə etdiyi hüquqların dairəsi yalnız təmsilçiliklə məhdudlaşdırılmamışdırsa, bu halda həmin şəxs etibarnaməyə uyğun olaraq zərərçəkənə çatacaq vəsaiti almaq və onun üzərində sərəncam vermək səlahiyyətinə də malik olur. Bir sıra hallarda vasitəçilər bundan sui-istifadə edərək dələduzluq edir və vətəndaşa çatacaq həmin vəsaitin əhəmiyyətli hissəsini mənimsəyir, zərərçəkənə isə özlərinin istəyinə görə bir məbləği verərək yalnız bu qədər kompensasiya ödənildiyini söyləyirlər. Zərərçəkənlər isə bunun fərqinə varmayaraq nəticədə özlərinin də xəbəri olmadan bu cür nadürüst vasitəçilərin qurbanına çevrilmiş olur.

İcbari Sığorta Bürosu vətəndaşları qəti şəkildə bu cür dələduz vasitəçilərin toruna düşməməyə və vasitəçi ilə mülki münasibətlərini yalnız öncədən bağlanılan və notarial qaydada təsdiqlənmiş ikitərəfli müqavilə ilə rəsmiləşdirməyə çağırır. Büro vətəndaşların nəzərinə çatdırır ki, hər hansı səbəbdən kompensasiya ödənişi ilə bağlı büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, vasitəçiyə veriləcək etibarnamə ona yalnız zərərçəkəni büro qarşısında təmsil etmək hüququ verməli, vasitəçiyə daha geniş səlahiyyətlər həvalə etməməlidir, əks halda yuxarıda təsvir edilən arzuolunmaz halların baş verməsi ehtimalı mövcud olacaqdır. Zərərçəkənlə vasitəçi arasında bağlanılan ikitərəfli müqavilə əsasında əməkdaşlıq isə bu kimi mənfi halları istisna edir, belə ki bu zaman vasitəçinin zərərçəkənə ödənilən kompensasiyanı almaq imkanı olmur və ona yalnız öncədən razılaşdırılmış və müqavilədə qeyd olunmuş xidmət haqqı çatır. Həmçinin, etibarnamədən fərqli olaraq müqavilə tərəflər arasında mülki münasibətləri dəqiq müəyyən edir, eləcə də vasitəçinin zərərçəkənə göstərdiyi hüquqi xidmətlərin keyfiyyətinə dair sonradan yarana biləcək mübahisələrin hüquqi müstəvidə həlli üçün zəmin yaradır.

Əlavə olaraq, büro bəyan edir ki, bütün hallarda – istər zərərçəkənin özünün (ailə üzvlərinin), istərsə də onu təmsil edən vasitəçinin müraciət etməsi halında, büro, tamamilə təmənnasız olaraq, müraciət etmiş şəxslərə kompensasiya ödənişinin alınması prosesi ilə bağlı lazımi dəstəyi və istiqamətləndirməni təmin edir.

Zamanında zərərvuran şəxsə qarşı iddianın qaldırılmaması gələcəkdə bürodan kompensasiya ödənişinin alınmasını əngəlləyə bilər.

Bəzi hallarda zərərçəkən ibtidai istintaq və ya məhkəmə araşdırması dövründə zərərvuran şəxsə qarşı ona dəymiş zərərlə bağlı hər hansı iddia qaldırmır və müvafiq olaraq rəsmi sənədlərdə də zərərçəkənin iddiasının olmaması əksini tapır. Təbii ki, bunu zərərçəkənlərin düşdüyü durumun həssaslığı, bəzən onların qarşı tərəfə mərhəmət göstərməsi, bəzən də məlumatsız olmaları ilə əlaqələndirmək mümkündür. Lakin sonradan Büroya kompensasiya ödənişi almaq üçün müraciət edən bu cür zərərçəkənlər və ya onların vasitəçiləri bilməlidirlər ki, bu hal onların kompensasiya ödənişi almasını əngəlləyə və ödənişin verilməsindən qanuni əsaslarla imtinaya səbəb ola bilər.

Kompensasiya ödənişləri zərərçəkmiş qismində tanınan şəxslərə verilə bilər.

Bəzi hallarda isə vətəndaşlar istintaq zamanı zərərçəkmiş qismində deyil, şahid kimi tanınır və sonradan büroya müraciət edərək kompensasiya ödənişi almaq niyyətində olurlar. İcbari Sığorta Bürosu bəyan edir ki, kompensasiya ödənişləri istintaq və ya məhkəmə orqanları tərəfindən zərərçəkmiş qismində tanınan şəxslərə verilə bilər.

Naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitəsinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəymiş zərərlə bağlı kompensasiya ödənişinin alınması üçün İcbari Sığorta Bürosuna müraciət edərkən aşağıdakı vacib məqamları nəzərə alın: kompensasiya ödənişi almaq üçün büroya şəxsən müraciət edin; Əgər kompensasiya ödənişinin alınması prosesi ilə bağlı sizə əlavə hüquqi xidmətlərin lazım olacağı qənaətinə gəlsəniz, yalnız bu zaman analoji xidmətləri təqdim edən vasitəçi ilə ünsiyyətə keçməyiniz tövsiyə olunur; əməkdaşlıq edəcəyiniz vasitəçi ilə mülki münasibətlərinizi müqavilə ilə rəsmiləşdirin. Müqavilənin bütün şərtləri və vasitəçiyə ödəniləcək xidmət haqqını aydın əks etdirməsini və notarial qaydada təsdiqlənmiş olmasını tələb edin; hər hansı səbəbdən büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, ona verəcəyiniz etibarnaməni büro qarşısında sizi yalnız təmsil etmə hüququ ilə məhdudlaşdırın. Daha geniş səlahiyyətlər həvalə edən etibarnamə verməklə bəzi nadürüst vasitəçilərin dələduzluq əməllərinin qurbanı ola bilərsiniz; istər şəxsən, istərsə də vasitəçinizlə müraciət etdiyiniz hallarda, büronun əməkdaşları proses boyu sizi və ya nümayəndənizi təmənnasız şəkildə istiqamətləndirəcəklər; vasitəçinizlə yanaşı özünüz də büronun əməkdaşları ilə ilkin görüşlərdə iştirak etməyə çalışın və sizi maraqlandıran sualları birbaşa büronun əməkdaşlarına verin; yalnız yol-nəqliyyat hadisəsi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra kompensasiya ödənişinin alınması ilə bağlı büroya müraciət etmək olar. Qanunla müəyyən olunan bu tələb kompensasiya ödənişinin verilməsi üçün əsasdır;

Büro tərəfindən verilən kompensasiya ödənişini yalnız şəxsən qəbul edin, hər hansı şəxsə bunu həvalə etməyin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb