SİYASƏT


İctimai fəal: AXC-Müsavat cütlüyünün hakimiyyət sevdası ölkəmizi uçuruma sürükləmişdi

İctimai fəal: AXC-Müsavat cütlüyünün hakimiyyət sevdası ölkəmizi uçuruma sürükləmişdi

Bakı, 30 mart, AZƏRTAC

Dövlətin idarə olunmasında bəzən kiçik bir səhv tarix boyu həmin ölkə üçün taleyüklü iztiraba çevrilə bilir. Azərbaycan xalqı ötən əsrin 90-cı illərində, xüsusilə 1992-ci ildə hakimiyyətdə olan kəslərin idarəçiliyi zamanı edilən bağışlanılmaz səhvləri 30 illik tarix boyu iliyinə kimi hiss etdi və əzabını yaşadı.

1990-cı illər yaşıdlarım kimi həyatımın uşaqlıq dövrünə təsadüf etsə də, ölkədə baş verənlər bizlərdən yan ötə bilmədi. Dünya azərbaycanlıları üçün tarixi faciə olan Qarabağımızın işğalı, torpaqlarımızdan məcburi köçkün düşən uşaqlarla bir ortamı bölüşməyimizə səbəb oldu. Onların iztirablarını eşidib, görüb uşaq olsaq da, buna biganə qala bilmədik. Tarix boyu alınmaz qala olan Şuşanın işğalı elə bir zərbə idi ki, Azərbaycan xalqı sarsıntıdan özünə gələ bilmirdi. Ardınca Laçının işğalı ümidlərimizə son qoydu, möhkəm sarsıntı keçirdik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü, ictimai fəal Nərgiz Xələf söyləyib.

İctimai fəal bildirib ki, bütün əzablara və sarsıntılarımıza səbəb isə o dövrün siyasi “idarəçiliyi” idi. Onların siyasəti və dövlət idarəçiliyini məhəllə oyunlarına, xarici siyasəti isə torpaq itkisinə çevirməsi heç bir məntiq və yaxud irrasional izahat tanımır. AXC-Müsavat cütlüyünün hakimiyyət sevdası ölkəni rasional sevməkdən üstələmişdi və qorxaq, xəyanətkar yanaşma ilə ölkəmizi sadəcə uçuruma sürükləmişdi.

“Zaman keçdikcə bu səhvlərə görə axtarılan bəhanələrin nə qədər gülünc olduğuna şahidlik edirik. Çünki bu çöküşü yaşayan həmin Azərbaycan xalqı dünyaya torpaq eşqini, milli kimliyi, xalq həmrəyliyini, xalq və hakimiyyət arasında harmoniyanın nümunəsini göstərdi. 2020-ci ildə dünya dövlət və xalq arasında ahəngin, xarici siyasətin düzgün aparılması, orduya qoyulan sərmayə və sevginin nə ilə nəticələndiyinin şahidi oldu. Hərb tarixi kitablarına düşəcək döyüş taktikalarını və cəsarəti Azərbaycan xalqı və onun cəngavər oğulları dünyaya göstərdi. Bu məmləkətin bu cür oğulları hər zaman olub, sadəcə 1990-cı illərdə onlar siyasi hərc-mərcliyin, AXC-Müsavat cütlüyünün xəyanətkar yanaşmasının qurbanı oldu”, - deyə Nərgiz Xələf qeyd edib.

İctimai fəalın sözlərinə görə, bu gün Azərbaycan 30 il ona xəyal kimi görünən Qarabağın dirçəlişini seyr edir. Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndəsini təyin etdi. Laçın, Qarabağ yurdu barbar yanaşmadan xilas olub, dünyaya açılır. Laçında beynəlxalq hava limanı da inşa edilir. Dövlətimizin başçısı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna xüsusi nümayəndə təyin olunan Məsim Məmmədovu qəbul edərkən qeyd etdiyi kimi, Laçında infrastruktur qurulur, Azərbaycanın müxtəlif bölgələrinə çıxışı olan yollar çəkilir, şəhər tipli kəndlər salınması nəzərdə tutulur. Bu il on minə yaxın laçınlı məcburi köçkünün geri qaytarılması planlaşdırılır. Laçın şəhəri isə dünyanın gözəl şəhərlərindən birinə çevriləcək. Bir sözlə Azərbaycan dünyaya yeni şəhər, gözəl, müasir açıq məkan qazandıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.