CƏMİYYƏT


İctimai nəqliyyatda soyğunçuluğa cəhd edən şəxs cinayət başında yaxalanıb

Bakı, 27 iyun, AZƏRTAC 

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 26-da saat 8 radələrində metronun “28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.