ELM VƏ TƏHSİL
İdman-Şahmat Məktəbinin komandası Avropa birinciliyində uğur qazanıb
Bakı, 11 dekabr, AZƏRTAC
Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondo idman növü üzrə Avropa birinciliyi keçirilib. Birinciliyə 50 ölkədən 700-ə yaxın idmançı qatılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası yarışlarda uğurla iştirak edib. Belə ki, məktəbin yetirməsi Aydın Süleymanov 32 kq çəki dərəcəsində gümüş, Elmira Bayrak 22 kq çəki dərəcəsində bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]