İQTİSADİYYAT
İki ayda idxal və ixrac olunan məhsullar açıqlanıb
Bakı, 14 aprel, AZƏRTAC
Yanvar-fevral aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,4 faiz, şəkər 1,9 dəfə, meyvə və tərəvəz şirələri 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu 1,9 dəfə, kartof 1,7 dəfə, pambıq lifi 26,2 faiz, pambıq ipliyi 4,7 faiz, polietilen 27,1 faiz, bentonit gili 23,7 faiz artıb. Təzə tərəvəz ixracı isə 27,6 faiz, bitki yağları 26,3 faiz, çay 12,7 faiz, meyvə və tərəvəz konservləri 15,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 31,1 faiz, tütün 70,4 faiz, emal olunmamış alüminium 30,4 faiz, qara metallardan borular 30,1 faiz azalıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin iki ayında xam şəkər və şəkər idxalı 2,5 dəfə, təzə tərəvəz 3,2 dəfə, siqaretlər 45,6 faiz, dərman vasitələri 1,8 dəfə, rezin şinlər 12,1 faiz, mineral gübrələr 2 dəfə, yük avtomobilləri 12,8 faiz, məişət kondisionerləri 8 faiz, məişət soyuducuları 20,7 faiz artıb.
Təzə meyvə idxalı isə 0,3 faiz, bitki yağları 33,7 faiz, kartof 4 faiz, kərə yağı, digər süd yağları və pastaları 11,2 faiz, çay 17,6 faiz, buğda 77,3 faiz, mal əti 18,8 faiz, quş əti və onun əlavə məhsulları 25,9 faiz, minik avtomobilləri 19,6 faiz, qara metallardan borular 42,5 faiz, polad prokatı 56,9 faiz, hesablama maşınları, blok və qurğuları 10,8 faiz, qara metallardan çubuqlar 37,6 faiz, mebellər 28,4 faiz, polietilen 28,1 faiz, paltaryuyan maşınlar 8,8 faiz, avtobuslar 40,6 faiz, qara metallardan künclüklər 31,8 faiz, sement və sement klinkerləri 19,9 faiz azalıb.