Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işini sessiyalarla davam etdirmişdir VİDEO

Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu açılış mərasimindən sonra işini sessiyalarla davam etdirmişdir.

AZƏRTAC xəbər verir ki, “Sosial sütunlar. Açıq cəmiyyətin əsasları” mövzusunda keçirilən birinci sessiyada “Arxanda heç kimsəni buraxma: yeni davamlı inkişaf məqsədlərində sosial inteqrasiyanın vacibliyi” məsələsi müzakirə olunmuşdur.

Sessiyanın moderatoru olan Açıq Cəmiyyət Layihəsinin məzmun və siyasət əlaqələndiricisi Klem Makkartni Foruma yüksək səviyyədə ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, mükəmməl cəmiyyətin üzləşdiyi problemlərin aradan qaldırılmasında əsaslı iqtisadiyyatın yaradılması və bu məsələdə bütün ölkələrin resurslarının səfərbər olunması, əhalinin bütün qrupları və təbəqələri üçün bərabər imkanların təmin edilməsi zəruridir.

Şri-Lankanın sabiq Prezidenti (1994-2005), Madrid Klubunun üzvü Çandrika Bandaranaike Kumaratunga açıq cəmiyyət üçün dövlətin yürütdüyü siyasətin inkluziv xarakter daşımasının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, dövlət əhalinin bütün qruplarının cəmiyyətin həyatında fəal rol oynamalarına, onların qərar qəbulunda iştirakına şərait yaratmalıdır. Buna görə də əhalinin müxtəlif qruplarının cəmiyyətdən təcrid olunmasına imkan verilməməlidir. Bu məsələdə şəffaf və səmərəli idarəçiliyin mühüm rol oynadığını diqqətə çatdıran sabiq Prezident açıq cəmiyyətlərin Minilliyin İnkişaf Məqsədlərinə daxil edilməsinin əhəmiyyətini vurğulamışdır.

Albaniyanın sabiq Prezidenti (1997-2002), Madrid Klubunun üzvü Recep Meidani çıxışında açıq cəmiyyətlər üçün birgə əməkdaşlığın vacibliyindən danışmışdır. Əgər bir yerdə işləməsək cəmiyyətdə təcridolunma baş verə bilər. Millətçi çıxışlarla vəziyyətdən çıxmaq mümkün deyildir. Biz ziddiyyətləri aradan qaldırmaq üçün bir yerdə işləməli, qarşılıqlı anlaşma içərisində olmalı, aramızda sıx əməkdaşlıq qurmalıyıq. Düzgün idarəçilik bu prosesdə çox böyük əhəmiyyət daşıyır. Əgər liderlər bu istiqamətdə səy göstərsələr, onda bütün dünya əhalisi özünü bəlalardan qurtulmuş hesab edə bilər.

Belçikanın sabiq Baş naziri (2009-2011), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvs Leterme demişdir ki, hər bir cəmiyyətdə qəbul edilmiş qərarların düzgün icra olunması və bütün təbəqələri əhatə etməsi ciddi nəzarətdə saxlanılmalıdır. Belə ki, əhalinin bütün təbəqələrinin təhsil, səhiyyə və digər imkanlarla bərabər səviyyədə əhatə olunması çox vacib məsələdir. Çünki açıq cəmiyyətdə davamlı inkişafın və sosial rifahın bütün əhali arasında bərabər bölünməsi çox önəmlidir. Bu, açıq cəmiyyətin əsasını təşkil edən prinsiplərdən biridir, - deyən Y.Leterme bu istiqamətdə əhalinin bütün təbəqələrinin təmsil olunduğu müzakirələrin aparılmasının, qurumların yaradılmasının vacibliyini diqqətə çatdırmışdır.

Forumda növbəti belə tədbirlər üçün vacib olacaq mühüm fikirlərin səsləndirildiyini vurğulayan Dünya Bankının sosial inkişaf şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das sosial inkluzivliyə nail olmaq üçün belə tədbirlərin intensiv keçirilməsinin zəruriliyini qeyd etmişdir. O bildirmişdir ki, açıq cəmiyyətlər üçün qarşılıqlı hörmət çox vacibdir. Qarşılıqlı hörmətə etinasızlıq cəmiyyətin əsas sütunlarının tənəzzülü deməkdir. Buna görə də əvvəlcə insanlarda qarşılıqlı hörmət, ləyaqət hisslərini inkişaf etdirmək lazımdır.

Cəmiyyətdə sosial ahəngdarlığın, siyasi sabitliyin, iqtisadi inkişafın əsasında təhsilin dayandığını vurğulayan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu baxımdan düşünülmüş qərarların qəbul edilməsinin mühüm rol oynadığını demişdir. Nazir açıq cəmiyyətlərdə hər bir fərdin öz məsuliyyətini dərk etməsinin vacibliyini diqqətə çatdırmışdır.

Son illərdə ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışan nazir Azərbaycanda orta məktəb binalarının 60 faizinin yenidən qurulduğunu bildirmişdir. Azərbaycan dövləti hesab edir ki, mədəniyyətlər arasında sülh və anlaşma müxtəlif icmaların qarşılıqlı münasibətlərdən asılıdır. Bu məsələdə təhsil çox mühüm rol oynayır.

Azərbaycanın sürətli iqtisadi inkişafından söz açan Mikayıl Cabbarov bu yüksəlişin əsasında ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində müəyyənləşdirdiyi düzgün və uzaqgörən siyasətin durduğunu bildirmişdir. Məhz bu siyasətin uğurla həyata keçirilməsinin nəticəsində Azərbaycanda dayanıqlı inkişaf baş vermişdir.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, xüsusilə qadınlar, milli azlıqlar, gənclər və digər marjinal qruplar üçün nəzərdə tutulmuş davamlı inkişaf və sosial inteqrasiyanın əsas hədəflərindən söhbət açılmışdır.

X X X

Sonra Forumun “Qlobal sərhədləri təqdir edərək sosial inteqrasiya dayanıqlı iqtisadi artımın aparıcı qüvvəsi kimi” mövzusunda ikinci sessiyası keçirilmişdir.

“Friedrich-Ebert-Stiftung” Fondunun İsrail filialının icraçı direktoru Verner Pusçranın moderatorluğu ilə keçən sessiyada İsrailin sabiq Baş naziri Ehud Barak, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Botsvananın sabiq Prezidenti Festus Moqae, Moldovanın sabiq Prezidenti Petru Luçinski, Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likhotal, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış etmişlər.

İsrailin sabiq Baş naziri Ehud Barak bildirmişdir ki, sessiyada müzakirə olunan mövzular dünya ictimaiyyətinin gələcək inkişafına yönəlmişdir. Sessiyanın məqsədi davamlı iqtisadi artıma nail olmaq üçün sosial inteqrasiyanın nə dərəcədə əhəmiyyətli olduğunu və əldə edilən uğurların da öz növbəsində inteqrasiya, təbii sərvətlər və qlobal sərhədlərdən nə dərəcədə asılı olduğunu daha dərindən dərk etməkdir.

Finlandiyanın sabiq prezidenti Tarya Halonen vurğulamışdır ki, ölkələrdə sosial tərəqqiyə nail olmaq iqtisadiyyatın inkişafına da öz təsirini göstərir. Bunun üçün xüsusilə təhsil və səhiyyənin inkişafı diqqət mərkəzində olmalıdır. Qlobal cəmiyyətdə insan kapitalının inkişafı ən aktual məsələlərdəndir. Cəmiyyətlərdə qadınların və gənclərin fəaliyyətinin genişləndirilməsi, onların işlə təmin olunması da çox vacibdir. Bəzi ölkələrdə qadınların bilikli olmasına çox önəm verirlir. Lakin onların gücündən istifadə kifayət qədər deyildir. Yalnız insan kapitalının potensialından istifadə edilməsi gələcək nəsillərin həyatını daha da asanlaşdıra və daha inkişaf etmiş cəmiyyətdə yaşamalarına şərait yarada bilər.

Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Alexandr Likhotal vurğulamışdır ki, dünyada sağlam cəmiyyətin formalaşdırılması üçün ekoloji amillərə diqqət artırılmalıdır. Təbii resurslardan düzgün istifadə, onların mühafizə edilməsi əsas məqsədlərdən biri olmalıdır. Təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti daha çox işlə təmin etməyə və beləliklə də, daxili iqtisadi artımı daha da gücləndirməyə xidmət edə bilər.

Botsvananın sabiq Prezidenti Festus Moqae ölkələr arasında ədavətin yaranmasının dünya iqtisadiyyatına vurduğu ziyanı qeyd etmişdir. Bildirilmişdir ki, birgə səylərlə elə bir dünya formalaşdırılmalıdır ki, insanlar sülh şəraitində yaşasınlar, onların rifah halı yüksək olsun. Bütün bunlara nail olmaq üçün siyasətçilər, ziyalılar çox iş görə bilərlər. Məqsəd gələcək nəsillərə daha gözəl bir dünya miras qoymaqdır.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan hazırda sürətlə inkişaf edən ölkələr sırasındadır. Son 10 ildə ölkə çox böyük iqtisadi artıma nail olmuşdur. Yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüş, orta aylıq əməkhaqqı yüksəlmiş, sosial müavinətlərin məbləği artmışdır ki, bu da sosial rifah halının əsas göstəricilərindəndir. Görülən tədbirlər nəticəsində işsizliyin səviyyəsi xeyli aşağı düşmüşdür. Maliyyə böhranının təsirlərindən müdafiə olunmaq məqsədilə həyata keçirilmiş iqtisadi islahatların nəticəsi kimi sosial standart göstəriciləri artmışdır. Nazir müavini qeyd etmişdir ki, respublikada əmək pensiyalarının baza hissəsi pensiyaçılar üçün yaşayış minimumunun məbləğini neçə ildir üstələyir və bu göstəricilər arasında fərq ilbəil artmaqdadır. Artıq Azərbaycan dayanıqlı iqtisadi artıma qədəm qoymuşdur. Ölkəmizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticələridir.

Tədbirdə digər çıxış edənlər sosial tərəqqinin təmin edilməsi sahəsində təmsil etdikləri ölkələrin qazandığı təcrübədən bəhs etmişlər.

Sessiyada ərzaq təhlükəsizliyi, ekoloji problemlərin həlli, insan kapitalının inkişafı, miqrasiya problemləri, əhalinin su təminatı və digər aktual məsələlər müzakirə edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

X X X

II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində keçirilən üçüncü sessiya “Açıq cəmiyyətlər mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli kimi” mövzusuna həsr olunmuşdur.

Sessiyada qeyd olunmuşdur ki, münaqişələrə yol verməməklə açıq cəmiyyətlər insanların ümumi rifahına xidmət edən əlverişli mühit yarada bilər. Sessiya iştirakçıları hesab edirlər ki, sülh, stabillik, ədalət və tolerantlıq iqtisadi inkişaf və çiçəklənmə üçün ən yaxşı təminatdır. Məruzəçilər sosial inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsiplərini qeyd etmişlər.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin demişdir ki, təhlükəsizlik və sabitlik olmadan dayanıqlı insani və iqtisadi artıma nail olmaq çox çətindir. Münaqişələrdən danışarkən o bildirmişdir ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən başlamaq lazımdır: H.Çətin demişdir: “Dağlıq Qarabağ münaqişəsi regionda sülhə əsas maneə olaraq qalır. Qarabağ münaqişəsi sovet dövrünün mirasıdır. Dünyanın bu hissəsində ən uzun sürən münaqişələrdən biridir”.

Hikmət Çətin vurğulamışdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, hətta onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuşdur. Münaqişənin həlli üçün ilk addım olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusu çıxarılmalıdır. Bu, sülh və sabitlik üçün müsbət addım olardı. Vəziyyət daim belə davam edə bilməz. Ermənistan düşünsün, onlar indiyədək nəyi itirmişlər və bu münaqişə həll edildikdən sonra nə əldə edə bilərlər. Ermənistan iqtisadi cəhətdən acınacaqlı vəziyyətdədir.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin terrorizm, ksenofobiya, insanların dözümsüzlüyü hallarının münaqişələrə gətirib çıxardığını demişdir. O, ərəb ölkələrində baş verən çaxnaşmalarda bir sıra qrupların sülhü qoruyub saxlamağa çalışdığını bildirmişdir. Lakin sabitliyi tam bərpa etmək üçün bütün cəmiyyət buna səy göstərməlidir. Sülh üçün milli barış lazımdır.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan danışmışdır. O, qeyd etmişdir ki, bu münaqişə Cənubi Qafqazda ən təhlükəli münaqişələrdən biridir. Regionda sabitlik əldə etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli çox vacibdir. Araz Əzimov danışıqlar prosesində ATƏT-in roluna toxunaraq demişdir ki, bu təşkilat münaqişələrin həllində daha mütərəqqi mexanizmlər hazırlamalıdır.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku münaqişələrin həllində etnik və dini icmaların iştirakı məsələsinə toxunmuşdur. O, qeyd etmişdir ki, münaqişələr bu icmalar arasında dialoq qurmaqla aradan qaldırıla bilər. Rumıniyanın sabiq Prezidenti vurğulamışdır ki, icmalar arasında dialoq, ümumiyyətlə, münaqişələrin yaranmasının da qarşısını ala bilər. Cəmiyyətin təhlükəsizlik modelinin əsasında qarşılıqlı hörmət, tolerantlıq dayanır.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd etmişdir ki, hazırda dünyada ərazi bütövlüyü əsasında bir çox münaqişələr mövcuddur. O demişdir ki, belə münaqişələrin səbəbləri siyasi maraqlar və tarixi hadisələrlə bağlı olur. Boris Tadiç Serbiyanın keçdiyi müharibələrdən danışmışdır. O bildirmişdir ki, hər bir münaqişə özlüyündə nadirdir və düşünülmüş yanaşma tələb edir. Siyasi gərginliyə yol verməmək üçün bütün aspektlər nəzərə alınmalıdır.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa bildirmişdir ki, hazırda dünya qarşısında duran əsas məsələ 2015-ci ildən sonra insanlığın daha nə ilə üzləşəcəyini əvvəlcədən proqnozlaşdırmağa çalışmaqdır. İqtisadi yüksəlişin əsasında cəmiyyətdə insanların təhlükəsizliyinin artırılması durur. Yalnız belə olduqda insanlarda yaradıcılığa meyl yüksəlir, biznes üçün əlverişli şərait yaranır.

Sessiya iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə başa çatmışdır.

İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işini sessiyalarla davam etdirmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər