DÜNYA


İkinci kateqoriyayadək güclənən “Maykl” fırtınası ABŞ sahillərinə doğru irəliləyir

Bakı, 9 oktyabr, AZƏRTAC

Meksika körfəzində formalaşan “Maykl” fırtınası ikinci kateqoriyayadək güclənib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Panama Siti şəhərindən (Florida ştatı) 630 kilometr cənubda yerləşən “Maykl” saatda 19 kilometr sürətlə ABŞ sahillərinə doğru irəliləyir. Küləyin sürəti saatda 155 kilometrə çatır. Meteoroloqlar Meksika körfəzinin şimal-şərq sahillərində mümkün güclü yağışlar və külək barədə xəbərdarlıq ediblər.

Yaxınlaşan fırtına ilə bağlı ABŞ-ın Alabama və Florida ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Ötən gün “Maykl” Salvador, Nikaraqua və Honduras sahillərini vurub. Təbii fəlakət Mərkəzi Amerikada azı 13 nəfərin həyatına son qoyub.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət orqanları “Maykl” fırtınasının gəlişinə hazırdır. Fövqəladə Hallar Agentliyi lazım olan bütün köməyi göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.