ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda qış imtahan sessiyasının yekunları müzakirə olunub

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) növbəti onlayn iclas keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Zoom” proqramı vasitəsilə keçirilən iclasda qış imtahan sessiyasının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili məsələləri müzakirə olunub.

Tədbiri Aİİ-nin rektoru Aqil Şirinov açaraq qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə institutun xanım kollektivini təbrik edib, qış imtahan sessiyasının yekunlarından danışıb. Rektor bildirib ki, hazırda 2020-2021-ci tədris ilinin yaz semestrinin dərsləri məsafədən onlayn formada keçirilməklə uğurla davam edir.

İnstitutun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov pandemiya və müharibə dövrünə təsadüf edən payız semestrində tədrisin keyfiyyəti və səmərəliliyindən bəhs edib. O, qış imtahanlarının keçirilməsi, qarşıya çıxan problemlər, imtahanların nəticələri haqqında məlumat verib.

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə də toxunub.

İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər kafedralarının müdirləri Əhməd Niyazov, Anar Qafarov və İlkin Əlimuradov çıxış edərək qış imtahanı sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən, imtahan prosesinin şəffaf keçirilməsindən bəhs ediblər. Çıxış edənlər, həmçinin pandemiya dövründə aparılan tədris prosesi, yaranan problemlər barədə məlumat verib, müəllim heyətinin sillabuslara uyğun surətdə yeni tədris semestrinə tam hazır olduğunu bildiriblər.

İclas müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.