CƏMİYYƏT


İlk DOST könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar

Bakı, 13 aprel, AZƏRTAC

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” Mərkəzlərində ASAN Könüllülük Məktəbinin “Master 2” pilləsi çərçivəsində könüllülük fəaliyyətinin təşkili prosesi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təcrübə keçmək üçün seçilmiş 20 könüllüyə mütəxəssislər tərəfindən DOST Agentliyinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Onlar, həmçinin könüllülük fəaliyyəti, “DOST” Mərkəzlərində göstərilən xidmətlər, eləcə də istifadə olunacaq təhlil və monitorinq alətləri ilə yaxından tanış olublar.

Təlimdən sonra DOST Könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar. Üçnövbəli iş rejimində fəaliyyət göstərəcəkləri iki ayda könüllülər üçün həvəsləndirici tədbir və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, könüllülük fəaliyyətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “ASAN xidmət” arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.