CƏMİYYƏT


İmişli rayonunda dələduzluq edən şəxs saxlanılıb

Bakı, 3 dekabr, AZƏRTAC

İmişli rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Sevda Quliyeva polis əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı Sevda Quliyevanın İmişli rayonunda yaşayan sakinləri dələduzluq edərək müxtəlif bəhanələrlə aldatması nəticəsində ayrı-ayrı vətəndaşlara 90 min manatdan artıq məbləğdə ziyan vurduğu müəyyən edilib.

S.Quliyevanın analoji cinayətlər törətdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və İmişli Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.