REGİONLAR


İmişlidə İlaxır çərşənbə milli adətlərimizin nümayişi ilə yadda qalıb

İmişli, 14 mart, Aydın Yavərzadə, AZƏRTAC

Ölkəmizin hər yerində olduğu kimi İlaxır çərşənbəsi İmişlidə də təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram şənliyində rayon icra hakimiyyətinin, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhər Mərkəzində yerləşən Heydər Əliyev adına parkda tonqal alovlandırılıb. Bahar bayramı münasibətilə hər kəsə təbriklər çatdırılıb. Bir-birindən maraqlı milli adətlərimizin nümayişi maraqla qarşılanıb. Novruz şənliyi Gənclər Mərkəzi önündə düzənlənən bayram tədbiri ilə davam edib. Qədim məişət əşyaları toxuculuq və əkinçilik alətləri saxsı və mis qablar, dəmir alətləri xış qoşqu və digər sənət nümunələrinin sərgiləri maraqla qarşılanıb. Corab toxuyan, yun darayan, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el adətlərini bir daha canlandırıblar.

Şənlik zamanı milli musiqilər səsləndirilib, xalq mahnıları ifa olunub. Kosa və Keçəlin duzlu-məzəli söhbətləri əsl bahar sevinci yaradıb.

Novruzun gəlişi ilə bağlı rayon icra hakimiyyətinin başçısı öz təbriklərini çatdırıb. Hər bir ailəyə ruzi-bərəkət sevinc arzulanıb. Rayonun sosial iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığı bir daha yada salınıb. Bildirilib ki, artıq Novruzun gəlişi azad olunan torpaqlarımızda da qeyd olunur. Həmçinin düşmən tapdağından azad olunan rayonlarda tikinti-quruculuq işlərindən danışılıb.

Daha sonra tədbir şən musiqi sədaları altında davam edib. Həmçinin balaca fidanlarla şənliyə gələn Bahar qız iştirakçılara bahar təbriklərini çatdırıb. Bahar bayramı incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib. Bir-birindən şən mahnılar səsləndirilib. Musiqi sədaları altında bayram iştirakçıları rəqsə qoşulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.