DÜNYA


İmran Xan: İran ilə ABŞ arasında silahlı toqquşma region üçün fəlakətlə nəticələnə bilər

Tehran, 23 yanvar, AZƏRTAC

İran ilə ABŞ arasında silahlı toqquşma baş verərsə, bu, bütün region, o cümlədən Pakistan üçün fəlakətlə nəticələnəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın Baş Naziri İmran Xan Davos şəhərində Dünya İqtisadi Forumda çıxışı zamanı deyib.

Tədbir çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşündə bu məsələyə toxunduğunu deyən İmran Xan bildirib : “Mən Prezident Donald Trampa dedim ki, İran ilə müharibə terrorçuluğun və ekstremist hərəkatların daha geniş yayılmasına şərait yaradacaq. ABŞ ilə İran arasında silahlı toqquşma yolverilməzdir. Müharibə Yaxın Şərqə dağıntı, aclıq və fəlakətdən başqa heç nə verməyəcək.

Xatırladaq ki, Pakistanın Baş Naziri İmran Xan Donald Trampın xahişi ilə İran ilə ABŞ və İran ilə Səudiyyə Ərəbistanı arasında bəzi məsələlərə dair vasitəçilik missiyasını həyata keçirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Davos Forumunda Ər-Riyadın Tehran ilə dialoqa hazır olduğunu bildirib. Buna cavab olaraq İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb ki, rəsmi Tehran bütün qonşuları ilə dialoq aparmaqda maraqlıdır.

Görünən odur ki, hələlik Pakistanın Baş Nazirinin vasitəçilik missiyası fayda verir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.