ELM VƏ TƏHSİL


İncəsənət Kollecinə qəbul olunanların qeydiyyatı başlayıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə qəbul olunanların qeydiyyatı zamanı lazım olan sənədlərin siyahısı açıqlanıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, sənədlərin siyahısına attestatın əsli və 3 ədəd surəti, 3x4 ölçüdə 6 ədəd şəkil, yaşayış yerindən arayış, tibbi arayış, şəxsiyyət vəsiqəsinin əsli və 3 ədəd surəti, abituriyentin elektron ərizəsi, qovluq daxildir.

Rayon yerlərində yaşayanlar onlayn olaraq [email protected] email ünvanına həmin sənədləri kollecə qeydiyyata gəlmədən skan edərək göndərə bilərlər. 9 (illik) orta təhsil bazasından kollecə qeydiyyat sentyabrın 16-dan 25-dək keçiriləcək.

Əlavə məlumatı kollecin (012)567 64 18 əlaqə nömrəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.