DÜNYA
İndoneziyada təyyarə qəzası nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Medan şəhərində hərbi nəqliyyat təyyarəsi qəzaya uğradıqdan sonra hadisə yerində 38 nəfərin cəsədi tapılıb.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırmızı Xaç cəmiyyəti məlumat yayıb.
Xilasedicilərdən birinin sözlərinə görə, qəza yerində hələ də çox sayda cəsəd qalmaqdadır. Eyni zamanda, EFE agentliyi təyyarənin göyərtəsində 12 nəfərin olduğunu qeyd edir.
İndoneziya televiziyasının verdiyi informasiyaya əsasən, təyyarə havaya qalxdıqdan az sonra yaşayış binalarının və otelin üzərinə düşüb. Bir qədər əvvəl hadisə zamanı 30 nəfərin həlak olduğu bildirilirdi.
Qəzaya texniki nasazlığın səbəb olduğu ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]