DÜNYA


İndoneziyada zəlzələ qurbanlarının sayı 2 min nəfəri ötüb VİDEO

Bakı, 9 oktyabr, AZƏRTAC

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 2010 nəfərə çatıb, təxminən 5 min nəfər itkin düşmüş sayılır.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziyanın xilasetmə xidməti oktyabrın 11-də həlak olanların axtarışını dayandıracaq.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ və sonrakı günlərdə 360-dan çox yeraltı təkan baş verib. Zəlzələnin ardından İndoneziya sahilləri 5-7 metr hündürlüyündə sunaminin təsirinə məruz qalıb. Təbii fəlakətdən zərər çəkən bölgələrdə 67 min ev dağılıb, 83 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb.

İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı 6-7 min zəlzələ qeydə alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.