CƏMİYYƏT


İnfeksionist: Xəstə insan 2-3 gün evdə qalıb virusun yoluxuculuq müddətinin bitməsini gözləməlidir

İnfeksionist: Xəstə insan 2-3 gün evdə qalıb virusun yoluxuculuq müddətinin bitməsini gözləməlidir

Bakı, 8 fevral, AZƏRTAC

Soyuq havalarda respirator virus infeksiyalarının yayıldığı müddətdə xəstə uşaqların bağçaya, məktəblilərin isə dərsə getmələri tövsiyə edilmir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, soyuq aylarda geyimlər düzgün seçilməlidir. Həkim, həmçinin bildirib ki, işləyən şəxslərin də bir müddət ev şəraitində müalicə almaları daha məsləhətlidir: “Çünki xəstə insan 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləməlidir. Yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş olmayacaq. Payız-qış mövsümündə xəstələnmə sayının çox olması təbiidir. Sadəcə bu dövrdə məsuliyyətli olmaq lazımdır. Xəstə insanlarla təmasda olan şəxs qoruyucu maskadan istifadə etməli və digər gigiyenik qaydalara ciddi əməl edilməlidir”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.