CƏMİYYƏT
“İnfomüharibə ayı” çərçivəsində növbəti təlim keçirilib
Bakı, 3 oktyabr, AZƏRTAC
"Davam" Gənclər Hərəkatı tərəfindən həyata keçirilən “İnfomüharibə ayı” çərçivəsində "Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi" adlı layihənin növbəti təlimi keçirilib.
Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında keçirilən təlim zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, cari statistik məlumatlar, informasiya müharibəsinin əhəmiyyəti və sosial media, xüsusilə tviter üzərində həyata keçiriləcək sosial media kampaniyasına hazırlıqla bağlı ətraflı məlumat verilib və gənclərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilir.