CƏMİYYƏT


“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi BMT qurumuna üzv qəbul edilib

Bakı, 9 avqust, AZƏRTAC

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu üzv qəbul edilib.

Bu barədə AZƏRTAC-a ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

ECOSOC-un QHT-lər üzrə Komitəsi bu il mayın 17-dən 26-dək keçirilən sessiyasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyini məşvərətçi statuslu üzvlüyə qəbul edilməsini BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) tövsiyə edib.

Təşkilat sədri qeyd edib ki, artıq BMT-nin ECOSOC-un 33-cü plenar iclasında QHT Komitəsinin tövsiyəsi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi bu quruma xüsusi məşvərətçi statuslu üzv kimi qəbul edilib və bununla əlaqədar qurumdan rəsmi təbrik məktubu da alıblar.

Qeyd edək ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas missiyası informasiya təşəbbüslərinə dəstək göstərməklə ictimai, sosial və humanitar sahədə davamlı inkişafın təmin edilməsinə yardım etməkdir. Təşkilatın sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılıqla bağlı bir neçə uğuru layihələrin müəllifdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.