İQTİSADİYYAT
“İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları” təsdiq edilmişdir
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Bankı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, habelə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 1.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları”nı təsdiq etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, müvafiq sərəncama əsasən, kütləvi informasiya vasitələrindən daxil olan informasiya sorğuları ilə bağlı kommunikasiya departamentinin direktoru, “Qaynar xətt”ə daxil olan informasiya sorğuları ilə bağlı kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru və digər informasiya sorğuları ilə bağlı ümumi şöbənin rəisi Mərkəzi Bankın informasiya azadlığı üzrə məsul şəxsləri təyin edilmişlər.
“İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları” sənədi Mərkəzi Bankın internet səhifəsinin (www.cbar.az) “Hüquqi sənədlər” bölməsində yerləşdirilmişdir.