DÜNYA


İngilis fotoqraf Beynəlxalq Kosmik Stansiyanın günəş ətrafında siluetini çəkib

London, 21 iyun, AZƏRTAC

İngilis fotoqraf Ceymi Kuper Beynəlxalq Kosmik Stansiyanın günəş ətrafında siluetini çəkib.

AZƏRTAC xəbər verir ki, Norsamptonşayrda yaşayan 52 yaşlı fotoqraf Kosmik Stansiyanı evinin üstündən gördüyünü deyib.

Kuper teleskop və yüksəksürətli kameranın köməyi ilə Stansiyanın Günəş üzərindən keçməyini qeydə alıb.

Peşəkar fotoqraf və həvəskar astronom olan Kuper lazımi vaxta lazımi yerdə olduğunu bildirib.

O söyləyib ki, “Üç gün əvvəl yoxladım, evimdən yan keçirdi. Bir gün əvvəl yoxlayanda evimin üstündən keçirdi. Deyə bilərəm ki, bəxtim gətirib”.

Beynəlxalq Kosmik Stansiya Kuperin evinin üstündə olanda o, təxminən 400 kilometr uzaqda idi və saatda 27,300 kilometr sürətlə hərəkət edirdi.

Kuper kamerasının saniyədə 25 kadr olan normal kamera sürətindən fərqli olaraq, saniyədə 80 kadr çəkdiyini qeyd edib.

Fotoqraf bu kadrları çəkərkən filtrli xüsusi teleskopundan istifadə etdiyini də bildirib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.