İDMAN


İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Çelsi” klubunu məğlub edib

Bakı, 11 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 11-də İngiltərə Premyer Liqasının birinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu və mərkəzi oyunu “Old Trafford” stafionunda reallaşıb. “Mançestet Yunayted” “Çelsi” klubunu qəbul edib.

Görüş Manmester təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qırmızı şeytanlar”ın heyətində Markus Raşford (18,67), Antoni Marsial (65) və Daniel Jeyms (81) fərqləniblər.

Birinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Liverpul” - “Norviç” - 4:1;

“Mançester Siti” - “Uest Hem” - 5:0;

“Bournemouth” - “Şeffild Yunayted” - 1:1;

“Börnli” - “Southempton” - 3:0;

“Kristal Palas” - “Everton” - 0:0;

“Vatford” - “Brayton” - 0:3;

“Tottenhem” - “Aston Villa” - 3:1;

“Lester Siti” - “Volverhemton” - 0:0;

“Nyukasl Yunayted” - “Arsenal” - 0:1.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ikinci turu avqustun 17, 18 və 19-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.